ABŞ-ın keçmiş prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerə qalxanabənzər vəzi xərçəngi diaqnozu qoyulub.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Trampın qızı İvanka Trampla evli olan və qayınatasının prezidentliyi dövründə baş məsləhətçi vəzifəsində çalışan Kuşner xəstəliyi ilə bağlı məlumat yayıb.
O, hazırda özünü yaxşı hiss etdiyini və müalicələrinin davam etdiyini bildirib.