Yaponiyada 2008-ci ildə 7 nəfəri öldürən Tomohiro Katon adlı şəxs edam edilib. 

"Unikal" xəbər verir  ki, bu barədə Yaponiyanın ədliyyə naziri Furukava Yoşihisa jurnalistlərə bildirib. O,  39 yaşlı Tomohiro bu gün səhər saatlarında Tokio həbsxanasında edam edildiyini açıqlayıb. 

Furukava ölkədə edam cəzasına məhkum edilmiş 107 nəfərin olduğunu, onlardan 61-inin yenidən mühakimə olunduğunu bildirib.