“Mərkəzi Seçki Komissiyasında yeni struktur vahidinin yaradılmasına ehtiyac var”.
"Unikal" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov deyib.
MSK-nın sədr müavini bildirib ki, gələcəkdə kadrların idarə olunması ilə bağlı yarana biləcək problemlərin qarşısını preventiv şəkildə almaq üçün kadrların idarə olunmasında yeni struktura ehtiyac yarandığını göstərir: “30 mindən yuxarı aşağı seçki komissiyalarının üzvlərinin və DSK-ların katibliklərində çalışan əməkdaşların idarə olunmasından söhbət gedir. MSK-da bu sahədə struktur vahidinin təsisi məsələsinə baxaq. Çətinliklərin yaranmaması üçün əvvəlcədən hansı addımlar atmalıyıq müəyyənləşdirməliyik və bu addımların atılmasına ehtiyac var. Hazırda kommunikasiya ilə bağlı da bir struktur vahidinin yaradılmasına ehtiyac var”.
MSK sədri Məzahir Pənahov təklif edib ki, bu çox ciddi məsələdir: “Bununla məşğul olmaq üçün xüsusi qrup yaradaq. Bu qrupda yeni struktur vahidinin hazırlanması ilə bağlı təkliflər hazırlansın və müzakirəyə təqdim edilsin. Qrupun tərkibinə Katibliyin 3 nümayəndəsi və MSK üzvlərindən də daxil edilib. Bizim tələbimiz hansısa qurum yaratmaq deyil, bizim tələbimiz boşluğu doldurmaqdır. Bu məsələyə çox ciddi yanaşmaq lazımdır”.