ABŞ ordusunun Avropa və Afrikadakı komandanının müavini, Milli Qvardiyanın general-mayoru Maykl Uikman Azərbaycanda səfərdədir.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən bildirilib.
Qeyd olunub ki, səfər zamanı Maykl Uikman hərbi tibb və kibertəhlükəsizlik sahələrində ikitərəfli əməkdaşlığın gücləndirilməsini müzakirə edəcək.