Hüqo Gevara ABŞ-ın Azərbaycandakı səfirliyində müvəqqəti işlər vəkili təyin edilib.
"Unikal" səfirliyə istinadən xəbər verir ki, Hüqo Gevaranın Dövlət Departamentində böyük təcrübəsi var və son zamanda tutduğu vəzifələrdən biri ABŞ-ın Qvatemala şəhərindəki səfirliyində Qvatemala hökuməti ilə təhlükəsizlik və qanunun aliliyi sahəsində əməkdaşlıgin inkişafı və irəliləməsi olub.
Bildirilib ki, hazırkı işinə başlamazdan əvvəl Hüqo Gevara Vaşinqtonda Azərbaycan dilini öyrənib.