Azərbaycanın yunan-Roma güləşçisi Fəraim Mustafayev İtaliyanın paytaxtı Romada keçirilən U-17 dünya çempionatında final görüşünə çıxıb.
"Unikal" xəbər verir ki, 55 kq-da yer alan idmançı həlledici qarşılaşmada hindistanlı Surac Suracla üz-üzə gəlib.
Rəqibinə 0:11 hesabı ilə uduzan Mustafayev gümüş medalla kifayətlənib.
48 kq-da çıxış edən Səid Xəlilov isə bürünc medal uğrunda qarşılaşmada yaponiyalı Yu Takemotoya 9:1 hesabıyla qalib gələrək, dünya üçüncüsü olub.
Qeyd edək ki, bu gün, həmçinin, İsmayıl Rzayev (80 kq) qızıl, Əli Əlizadə (65 kq) və Məzahim Mərdanov (110 kq) bürünc medal uğrunda mübarizə aparacaqlar.