Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.
"Unikal" xəbər verir ki, bununla bağlı məsələ Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qərar qəbul edilib.
Qərara əsasən, Anar Tanrıverdi oğlu Abbasov 9 saylı Binəqədi ikinci, Aydın Bəşir oğlu Quliyev 82 saylı Ağcabədi, Ülvi Sarif oğlu Hüseynov 97 saylı Goranboy – Ağdam – Tərtər, Tehran Tofiq oğlu Əzizov 113 saylı Şəki şəhər, Kamran Kamal oğlu Rəsulov 115 saylı Şəki kənd ikinci seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad ediliblər.
Nofəl Mülazim oğlu Əhmədov 9 saylı Binəqədi ikinci, Gülnar Vaqif qızı Cəfərli 81 saylı Beyləqan, Dilsuz Teymur oğlu Nəcəfov 93 saylı Bərdə şəhər, Aqşin Rəcəf oğlu Həziquliyev 97 saylı Goranboy – Ağdam – Tərtər seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin ediliblər.