18 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi San Marinoda gənclər arasında təşkil olunan Avropa çempionatında növbəti oyununu keçirib.

"Unikal" xəbər verir ki, C divizionunda yer alan yığma B qrupundakı ikinci matçında Cəbəllütariqlə qarşılaşıb. Görüş Azərbaycan millisinin 115:60 hesablı qələbəsi ilə başa çatıb.

Yığma qrupdakı ilk oyununda "Lüksemburq"a qalib gəlib - 75:71.

Qeyd edək ki, Azərbaycan növbəti matçını iyulun 27-də Ermənistana qarşı keçirəcək.