"Aldığım məlumata görə, Kəlbəcərdə minaya düşən hərbi hissə komandiri, polkovnik Vüqar İsbəndiyarov bir ayağını itirib".
"Unikal" xəbər verir ki, bu barədə "Qarabağ Qaziləri" İctimai Birliyinin İdarə Heyətinin üzvü Rey Kərimoğlu məlumat paylaşıb.
"Digər ayağını da itirmək təhlükəsi var. Ümid edirəm ki, həmişə hərbçilərimizə böyük dəstək olmuş həkimlərimiz ömrünü orduya, torpaqlarımızın müdafiəsinə həsr etmiş qəhraman zabitimiz üçün əlindən gələni edəcəklər. Yəqin ki, ordu rəhbərliyi də 42 yaşlı polkovnikin taleyinə biganə qalmaz", - deyə R.Kərimoğlu bildirib.