Baş Prokurorluq Şuşaya bilet almaq istəyən şəxslərə müraciət edib.
Qurumun Mətbuat Xidmətindən "Unikal"a verilən məlumata görə, son zamanlar sosial şəbəkələrdə bəzi turizim şirkətləri tərəfindən insanların vətənpərvərlik hislərindən sui-istifadə edərək Bakı-Şuşa istiqamətində saxta turlar təşkil edilməsi ilə bağlı məlumatların sayı artıb.
Qeyd edilib ki, həmin şirkətlərin çoxu sosial şəbəkələr vasitəsi üzərindən fəaliyyət göstərdiyinə görə onların hər hansı bir ünvanda ofislərinin olması barədə məlumatlar elanlarda öz əksini tapmır.
Daha ətraflı Baş Prokurorluğun yaydığı videomaterialda izləyə bilərsiz: