“Sertifikasiyada yüksək nəticə göstərmiş müəllimlərin əməkhaqqına əlavələrin verilməsini planlaşdırırıq”.
"Unikal" xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib. Nazir bildirib ki, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda müəllimlərin əməkhaqqısının differensiallaşması dedikdə bu, nəzərdə tutulur:
“Müəllimlərin əməkhaqqısında yeni əməkhaqqı sisteminin tətbiqini və differensiallaşdırmanı nəzərdə tutmuşuq. Sertifikasiya yalnız müəllimlərin hazırlıq səviyyəsinin təminatı aləti deyil, eyni zamanda müəllimlərin işinin rəğbətləndirilməsidir. Ümid edirəm ki, bu və ya növbəti ildən biz buna başlaya biləcəyik”.