Azərbaycan dövləti son illərdə təhsilin maliyyələşməsini artırıb.
"Unikal" xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və digər məsələlərlə bağlı media üçün brifinqdə deyib.
Nazir bildirib ki, Azərbaycanda tələbələrin 60 faizə qədəri dövlət hesabına təhsil alır. “Təhsilə investisiya gələcəyə investisiyadır və dövlət buna böyük diqqət ayırır”, - deyə nazir əlavə edib.