Pandemiya dövründə sürprizlər həmişə olur.
"Unikal" xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.
"Artıq 2 il ərzində kifayət qədər təcrübə toplamışıq. Ötən il günlərin sayını azaltmadan təhsili ümumilikdə bağlamadıq. Düşünürəm ki, yoluxmalar artarsa, yenə həmin təcrübə tətbiq oluna bilər", - nazir bildirib.
O qeyd edib ki, payız aylarında yoluxma arta bilər: "Bu, ayrı-ayrı məktəblərdə siniflərin müvəqqəti bağlanmasına səbəb ola bilər. Lakin təhsilin tamamilə bağlanması nəzərdə tutulmur".