“Təhsilin keyfiyyətinə təsir edən əsas amil təhsil günlərinin sayıdır. Bizim cəmiyyətimiz isə hələlik təhsil günlərinin sayının artmasına ürəklə yanaşmır”.
"Unikal" xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.
O bildirib ki, nümunə göstərilən ölkələrin təhsil həftələrinin sayı təxminən 42-44 həftədir: “Azərbaycanda isə bu müddət 36 həftədir və orta müddət sayılır. Təhsil işçisi olaraq bu müddətin artırılması yaxşı olardı. Lakin cəmiyyətimiz müddətin uzadılmasına ağrılı məsələ kimi baxır. Təhsil müddətinin iyunun 14-ə kimi uzadılması ilə bağlı islahatımız bu günə kimi də qınanılır. Təhsil almaqla bağlı insan sağlamlığına vura biləcəyi zərərlə bağlı ciddi miflər mövcuddur. Oxumaqdan bu günə kimi kiməsə ciddi ziyan gəlməyib. Bu narahatlıqların elmi əsası yoxdur. Uşaq nə qədər təhsillə çox məşğul olsa gələcəyi yaxşı olar. Təbii ki, oxumağı da qədərindən nisbətən 2 saat çox vaxt nəzərdə tutulur. Uşaq çox dincələrsə, böyüyəndə ciddi problemləri ola bilər. Uşaqları oxumağa həvəsləndirməyə və cəmiyyət də tədirs müddətinin uzadılmasına dəstək olmağa dəvət edirəm”.