“Yeni tədris ili üçün Zəngilan rayonunun Ağalı kəndində zəng çalınacaq və müəllimlər tədirsə başlayacaq".
"Unikal" xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, bu, bizi çox sevindirir: "Bunun üçün ölkə başçısı İlham Əliyevə təşəkkür edirəm”.
Nazir xatırladıb ki, orada olan məktəbə artıq direktor təyinatı da olub: “Müəllimlərin seçiminə gəlincə, köç prosesinin başa çatmasını gözləyirik. Çünki bilməliyik ki, məktəbdə nə qədər şagird tədris alacaq. Sevindirici fakt odur ki, müəllim sayımız kifayət qədərdir”.