"Bu gün təəssüf ki, şagirdlərin və valideynlər üçün əsas məqsəd ali təhsil müəssisəsinə girməkdir".
"Unikal" xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.
"Bu, öz-özlüyündə çoxlu təşviş və rasional olmayan davranışlar yaradır. Bunun bir növü özəl təhsildir. Şagirdlərin bu gün repetitorlara verdiyi pullar özəl təhsil müəssisələrində olan təhsil haqqından az deyil. Ancaq niyə valideynlər bunu seçmir, başa düşmək çətindir", - deyə nazir bildirib.