"Yuventus" futbolçusu Aaron Remzi ilə yollarını ayırıb.

"Unikal" klubun rəsmi saytına istinadən xəbər verir ki, Turin təmsilçisi Uels millisinin üzvü ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.

Qeyd edək ki, 2019-cu ildə "Arsenal"dan azad agent olaraq heyətə cəlb edilən yarımmüdafiəçi "qoca sinyora" ilə bütün turnirlərdə 69 oyuna çıxıb, 6 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. O, geridə qalan mövsümün 2-ci yarısını icarə əsasında "Reyncers"də keçirib.