Doğum evində körpə ölümü ilə bağlı məsələ TƏBİB-in müvafiq komissiyasının nəzarətindədir.
Qurumdan "Unikal"a bildirilib ki, məsələ TƏBİB-in tabeliyində "Hamiləlik, doğuş, zahılıq dövrlərində ana və uşaq ölümü, ağırlaşmış doğuş hallarının təhlili üzrə Komissiyası”nın nəzarətindədir.
“Komissiyanın üzvləri tərəfindən “Xəstəlik tarixləri”nin təhlili aparılır. Eyni zamanda, uşağın meyiti yarılması üçün Patoloji Anatomiya Bürosuna təhvil verilib. Aidiyyəti rayon prokurorluğu tərəfindən də müvafiq araşdırmalar aparılır”, - qeyd olunub.