"Proses artıq virusun yox olmasına doğru gedir. Düşünürəm ki, bu ilin sonuna koronavirus sona çatacaq".
Bunu "Unikal"a açıqlamasında tanınmış həkim, tibb elmləri doktoru, professor Adil Qeybulla deyib. O bildirib ki, hazırda yoluxma artır:
"Bu virus həyatın qeyri-hüceyrəvi formasıdır. Virus yaşamaq üçün hüceyrə axtarır. Mutasiya isə virusun adaptasiya qabiliyyətidir. Formasını dəyişir ki, orqanizm tanımasın və immun sistemi onu məhv etməsin. Ona görə də virus mutasiyaya uğramaqda davam edir. Bu mutasiyalar isə getdikcə virusu zəiflədir. Hazırda həmin zəifləmə prosesini görürük. Bu qədər yoluxmaya rəğmən virusun öldürücülük qabiliyyəti xeyli aşağıdır. Bütün bunlar pandemiyanın sonunun işarəsidir. Payız fəslində müəyyən artım ola bilər. Amma sonra ümumi azalma gedəcək və virusun yoxa çıxmasını müşahidə edəcəyik".
Anar Kəlbiyev