Iyulun 28-də millət vəkili Novruz Aslanov İsmayıllı rayonuna səfər edərək Qalacıq, İstisu və Sumağallı kəndlərində sakinlərin qəbulunu keçirib.
"Unikal" xəbər verir ki, qəbullar fərdi qaydada təşkil olunub. Sakinləri maraqlandıran müxtəlif məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Deputat sakinlərin qaldırdığı problemləri dinləyib, müxtəlif məsələlərə dair öz münasibətini bildirib, məsləhət və tövsiyələrini verib. Bir neçə məsələ yerində həll edilib.
Sonra Novruz Aslanov rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovla birlikdə şəhid Cəmil Məmmədlinin mövlud günündə iştirak edib, xatirəsini ehtiramla anıblar. Millət vəkili şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin, müharibə veteranları və digər həssas əhali qrupuna aid insanların dövlətimiz tərəfindən lazımi qayğı ilə əhatə olunduğunu diqqətə çatdırıb.
Cəmil Məmmədli 2020-ci ilin iyulunda ali təhsilini başa vuran kimi hərbi xidmətə yollanıb, əsgər olaraq İkinci Qarabağ Müharibəsində iştirak edib və 2020-ci ilin okyabrın 14-dən 15-nə keçən gecə Füzuli istiqamətində gedən ağır döyüşlərin birində qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb. Cəmil Məmmədli ölümündən sonra Ali Baş Komandan tərəfindən 4 medalla təltif olunub.