Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəza alan Bakı Baş Gömrük İdarəsinin sabiq əməkdaşı Rafael Əzizov barəsində verilmiş protestə baxılıb.
“Unikal”ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində hakim Ramin Qaraqurbanlının sədrliyi ilə yenidən araşdırılan işlə bağlı birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib. Qərara əsasən, şərti cəza verilmiş Rafael Əzizov 2 il 2 ay müddətinə azadlıqdan məhrum olunaraq məhkəmə zalında həbs olunub.
Qeyd edək ki, həbs olunan Rəfail Əzizov DTX-nin həbs etdiyi gömrük generalı Ehtiram Xəlilovun kürəkənidir.
Orxan Həsənli