Daxili İşlər Nazirliyinin İntellektual İdarəetmə Mərkəzi Bakıda sıxlıq yaranan avtomobil yollarını açıqlayıb.
Mərkəzdən "Unikal"a verilən məlumata görə, hazırda yollarda vəziyyət aşağıdakı kimidir:
1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən 20 Yanvar m/st istiqamətində;
2. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;
3. Həsən Əliyev küçəsi, Koroğlu Rəhimov küçəsi istiqamətində sıxlıq müşahidə olunur.