İran İnsan Haqları (IHRNGO) qeyri-hökumət təşkilatı Sənəndəc mərkəzi həbsxanasında həyat yoldaşlarını öldürdükləri üçün 3 qadının edam edildiyi açıqlayıb.
"Unikal" xəbər verir ki, qeyri-hökumət təşkilatının məlumatına görə, Qadın və Ölüm Cəzası Hesabatına əsasən, 2010-2021-ci illər arasında İranda 164 qadın ölüm hökmünə məruz qalıb.
164 qadından 6-nın uşaq gəlin olduğu vurğulanıb. Qətl hadisələrinin 66 faizində qadınların ərlərini və ya ortaqlarını öldürməkdə günahkar olduğu bildirilib.