"Əlbəttə məğlubiyyətə görə məyus olduq. Daha çoxunu bacara bilərdik. Amma qəbul etməliyik ki, "Qarabağ" orta səviyyədən yuxarı komandadır".
"Unikal" xəbər verir ki, bunu "Sürix" futbol klubunun prezidenti Ancillo Kanepa Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Qarabağ"a uduzmaları (2:3, 2:2) ilə bağlı danışarkən bildirib.
İsveçrə təmsilçisinin rəhbəri qeyd edib ki, "Qarabağ"ı keçməsi üçün təcrübəsi çatmayıb: "Düzdür, bu rəqibi keçmək olardı. Əla formada olan 11 oyunçu ilə irəliləyəcəkdik. Sadəcə, komandamızda keyfiyyət yox, təcrübə çatışmazlığı oldu. Heyətimizdə beynəlxalq səviyyədə təcrübəyə malik oyunçular var. Buna baxmayaraq, onlar ümid etdiyimiz kimi çıxış etmədilər".