Bakı şəhəri Suraxanı rayonu Atamoğlan Rzayev küçəsindən keçən magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 01 avqust 2022-ci il tarixində gün ərzində Əmircan və Köhnə Suraxanı qəsəbələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

 Bu barədə  "Unikal"a "Azərsu" ASC-nin mətbuat xidmətindən məlumat verilib.

 

Narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.