“Deyirdim axı, mənə "Azərbaycanın Saakaşvilisi" deməyin. Adam həbsdən bəyan edib ki, yaratdığı partiyadan və ümumiyyətlə Gürcüstan siyasətindən gedir”.
"Unikal" xəbər verir ki, bunu REAL Partiyasının sədri İlqar Məmmədov "facebook"da yazıb.
Onun sözlərinə görə, məhkəməni udub bəraət qazanmaq Saakaşvilinin ağlına gəlməyib.
“İnsafən, bəlkə də sağlamlıq problemi var. Mənim sağlamlığıma isə həbs çox da təsir etmədi, amma Avropa tarixində görünməmiş hüquqi qələbəmdən sonra mütəşəkkil alçaqların hakimiyyətin sifarişi ilə üzərimə etdiyi hücum az qalmışdı mənim də sağlamlığımı sarsıtsın.
Yenə dirəndim və sorunları üstələdim. Azərbaycanın Respublika qalacağına əmin olunca mübarizədəyəm”, - deyə o bildirib.