Rusiyanın Baş Prokurorluğu Britaniyanın Calvert 22 Fondunu arzuolunmaz qeyri-hökumət təşkilatı kimi tanıyıb.
"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə nəzarət agentliyinin mətbuat xidmətindən bildiriblər.
“Rusiya Federasiyasının Baş Prokurorluğu daxil olan materialların tədqiqinin nəticələrinə əsasən xarici qeyri-hökumət təşkilatı olan Calvert 22 Foundation-ın (Böyük Britaniya) Rusiya Federasiyasının ərazisində fəaliyyətini arzuolunmaz hesab etmək qərarına gəlib.
Müəyyən edilib ki, onun fəaliyyəti Rusiya Federasiyasının konstitusiya quruluşunun əsaslarına və təhlükəsizliyinə təhlükə yaradır."