Hindistanda meymunçiçəyindən ilk ölüm faktı qeydə alınıb.
"Unikal" xəbər verir ki, ölkənin cənubundakı Kerala ştatında yaşayan şəxs virusun qurbanı olub.
Qeyd olunur ki, o bir müddət əvvəl Birləşmiş Ərəb Əmirliklərindən qayıdıb. Həkimlər həmin şəxsin təmasda olduğu 20 nəfəri karantinə alıb
Bu günədək Hindistanda 5 nəfərin meymunçiçəyinə yoluxduğu bildirilir.