Cənubi Amerikanın Paraqvay ölkəsində senator Zulma Qomezin cansız cəsədi göldə tapılıb.
"Unikal" xəbər verir ki, Paraqvay mətbuatında çıxan xəbərə görə, ölkənin cənub-şərqindəki Alto Parana bölgəsindəki Acaray gölündə cansız cəsəd tapılıb.
Müayinədən sonra cansız cəsədin 61 yaşlı senator Qomezə aid olduğu məlum olub.
Senatorun ölümündə qətl riskinin olub-olmaması ilə bağlı geniş araşdırma başladılıb. Qomezin gölə düşməsi nəticəsində başını sərt qayaya vuraraq həyatını itirdiyi iddiaları olsa da, hadisə şahidi Qomezin nəvəsi senatorun gölə düşdüyünü görmədiyini bildirib.
Gülayə Mecid