Bakıda Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar açıqlanıb.
Bu barədə "Unikal"a QMİ-nin Mətbuat Xidmətindən məlumat verilib.
İdarədən bildirilib ki, son illər məhərrəmlik dönəmində Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə gerçəkləşən və xalqımız tərəfindən təqdir edilən tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi ən münasib əzadarlıq nümunələrindən biridir. Ümidvarıq ki, inşallah, dindarlarımız bu il də humanist ənənəni davam etdirərək, göstərilən ünvanlarda ehsan niyyəti ilə qan verəcək, minlərlə xəstə insana, irsi xəstəliklərdən əziyyət çəkən uşaqlara İmam Hüseyn (ə) xatirinə həyat bəxş edəcəklər. 2022-ci il avqustun 8-də Məhərrəmlik ayının Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanları diqqətinizə çatdırırıq:
Bakı şəhəri üzrə:
Xəzər rayonu Mirmövsüm Ağa Ziyarətgahı
Nəsimi rayonu Göy məscidin (Əjdərbəy) mərasim zalı
Nizami rayonu Şah Abbas” məscidi
Səbail rayonu Bibiheybət məscid ziyarətgahı
Suraxanı rayonu Qaraçuxur məscidi
Yasamal rayonu “Təzə Pir” məscidi
Mərkəzi Qan Bankının Gəncə, Lənkəran, Sumqayıt, Mingəçevir, Şəki, Şirvan, Bərdə və Quba bölmələri.
Ümumilikdə, qanvermə aksiyaları 6 məscid və ziyarətgahda, habelə 8 səhiyyə müəssisəsində həyata keçiriləcəkdir.