Əkrəm Əylislinin oğlunun ermənilərlə işbirliyi ortaya çıxıb


Yazdığı qalmaqallı “Daş yuxular” romanına görə xalq yazıçısı adından məhrum edilmiş Əkrəm Əylislinin oğlu İlyas Naibov-Əylisli barədə diqqətçəkən məlumat əldə etmişik.

Adının çəkilməsini istəməyən mənbə tərəfindən Teleqraf.az-a (Teleqraf İnformasiya Agentliyi) İlyas Naibov-Əylislinin CV-si ötürülüb. Bu sənəddə diqqətşəkən məqam İ.Naibov-Əylislinin 1999-2001-ci iləri əhatə edən fəaliyyətilə bağlıdır. CV-də göstərilir ki, İ.Naibov-Əylisli qeyd olunan müddət ərzində məşhur "Procter and Gamble" şirkətində Azərbaycan, Gürcüstan və Ermənistan üzrə təmsilçi vəzifəsində çalışıb. Bu müddət ərzində İ.Naibov-Əylisli Türkiyə vətəndaşı, şirkətin layihə meneceri Yasemin adlı xanımla ailə həyat qurub.

CV-də göstərilir ki, İ.Naibov-Əylisli hər üç ölkədə “uğurla fəaliyyət göstərib”.

Qeyd edək ki, sonrakı illərdə İ.Naibov-Əylisli Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Transmilli Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsi üzrə işçi qrupunun rəhbəri kimi fəaliyyət göstərib.

Maraqlıdır ki, İ.Naibov-Əylislinin CV-sində onun ana dili kimi rus dili göstərilib.

Məsələ ilə bağlı İ.Naibov-Əylislinin özü ilə əlaq saxlaya bilmədik. Bütün hallarda onun açıqlamasına yer ayırmağa hazırıq.