Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında bu gün telefon danışığı olub.
"Unikal" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Putin və Paşinyan Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı 9 noyabr 2020-ci il tarixli, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların icrasının praktiki aspektlərini müzakirə ediblər.