Riyaziyyat, fizika və informatika fənləri üzrə Respublika Olimpiadasında 1,2 və 3-cü yerləri tutan və ADA Universitetinin 1-ci ixtisas qrupu üzrə bakalavr proqramlarına müraciət edən abituriyentlərin təhsil haqqı Elm və Təhsil Nazirliyi tərəfindən qarşılanacaq.
"Unikal" xəbər verir ki, bu barədə ADA Universiteti məlumat yayıb.
Universitetin rektoru Hafiz Paşayev həmin tələbələrin “Tələbə xərci”nin isə Universitet tərəfindən qarşılanacağını qaliblərlə bu gün olan görüşdə elan edib.