Misirin cənubunda sərnişin avtobusu yük maşını ilə toqquşub.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Sohaq əyalətində avtobus sürücüsü digər avtomobili ötmək üçün qarşıdan gələn zolağa çıxıb və yük maşınına çırpılıb.
17 nəfər hadisə yerində ölüb, daha 7 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.