Rusiyanın genişmiqyaslı işğalının altıncı ayında Ukrayna Silahlı Qüvvələrində silah çatışmazlığı yaranıb. 

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna prezidentinin aparatının rəhbərinin müşaviri Aleksey Arestoviç jurnalistlərə açıqlamasında deyib. 

Arestoviç xatırladıb ki, müdafiə qüvvələri təqribən 1300 km-lik cəbhə xətti ilə müharibə aparmalıdır və ümumilikdə 2600 km-dən çox sərhədin mühafizəsi tələb olunur.

"Tam hüquqlu və effektiv hücum üçün bizə ağır texnika çatışmır. Biz başa düşməliyik ki, bu, yerli müharibə deyil - bu, 1945-ci ildən bəri ən böyük qitə müharibəsidir. Və biz bu qədər sayda silahın öhdəsindən gələ bilmərik", - Arestoviç deyib. 

O, həmçinin qeyd edib ki, Qərbi Avropanın hər bir ölkəsi Ukraynanı Polşa kimi qətiyyətlə dəstəkləsəydi, “biz artıq Vladivostokda olardıq”.

Gülayə  Mecid