“Şuşada yeni teatr binasının inşa edilməsi məsələsi nəzərdən keçirilir”.
"Unikal" xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Şuşa Azərbaycan Prezidentin qərarı ilə qoruq elan edilib: "Şuşanın Baş planı təsdiq edilsə də, təfsilatlı plan hazırlanmaqdadır. Belə ki, orada hansı mədəniyyət müəssisələrinin olacağı müzakirə mövzusudur. Nəzərə alsaq ki, Şuşanın ərazisi o qədər də böyük deyil, ona görə də biz orada mədəniyyət və digər müəssisələrin yerləşməsini optimal şəkildə müəyyən etməliyik”.
Nazir əlavə edib ki, Şuşada teatr binasının inşa edilməsi məsələsi gündəmdədir.