Şəmkirdə ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən "Unikal"a verilən məlumata görə, rayonun Çənlibel kəndində ümumi sahəsi 150 kv.m olan kürsülü, birmərtəbəli 5 otaqlı evin 2 otağının, mətbəxinin yanar konstruksiyaları və içərisindəki əşyalar 65 kv.m sahədə, digər otağında əşyalar qismən yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.