Bu il ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında ümumilikdə 49 nəfər qaydaları pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib.
"Unikal" DİM-in saytına istinadən xəbər verir ki, onlardan 28-i II və III, 21-i isə I və IV ixtisas qrupu üzrə imtahan verənlər olub.
İmtahan nəticəsi ləğv olunan 25 abituriyent qəbul imtahanlarının I cəhdi, 24-ü isə II cəhdində iştirak edərək qaydaları pozub.
Qeyd edək ki, DİM-in elan etdiyi qaydalara əsasən II cəhd imtahanlarında qayda pozan abituriyentin I cəhd imtahanında topladığı nəticəsi də ləğv olunur.