Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti nəqliyyat vasitələri ilə təmin olunacaq.
"Unikal" xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun imzaladığı “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 iyul tarixli 1756 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə” sərəncamında əksini tapıb.
Sərəncama əsasən, Maliyyə Nazirliyi Xidmətlə və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Xidmətin dövlət qeydiyyatına alındığı gündən on beş gün müddətində Xidmətin nəqliyyat vasitələri ilə təmin olunması və maddi-texniki təminatı ilə bağlı təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir.