Bakıda restoranda dəhşət: aşpaz aşpazı oxlovla döyüb öldürdü
10:44 01-03-2013
CƏMİYYƏT
Bakı şəhərinin Xətai rayonu ərazisində dəhşətli qətl hadisəsi törədilib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Fəzail Bayramov küçəsində yerləşən “İmperator İBO Kebab” restoranında aşpazlar arasında dava olub. Münaqişə nəticəsində orada aşpaz işləyən 1991-ci il təvəllüdlü Əsədov Adəm Akif oğlu həmkarı Mövlanov Mövlan Rəis oğlunu oxlovla döyə-döyə öldürüb. A.Əsədov həmkarının başına taxta alətlə çoxlu sarsıdıcı zərbələr endirib. İkinci aldığı ağır-kəllə beyin travmasından dünyasını dəyişib.
Məlumata görə, hadisə 27 yaşlı aşpaz Mövlan Mövlanovun özündən 6 yaş kiçik olan həmkarı Adəm Əsədova kobudluq etməsinə görə baş verib. A.Əsədov bildirib ki, həmkarı onu kobud şəkildə buyurub və əskini verməsini tələb edib. Buna görə də aşpazlar arasında dava düşüb. A.Əsədov əlindəki oxlovla həmkarının başına zərbələr endirib. M.Mövlanov iş yoldaşlarının köməkliyi ilə yaşadığı Nərimanov rayonunun Ə.Əliyev küçəsi 26 ünvanına gətirilib və burada ölüb.
A.Əsədov saxlanılıb. Fakt üzrə cinayət işi açılıb.
Digər Xəbərlər
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50