Avropa Şurasının prezidenti Çarlz Mişel Qarabağ münaqişəsi zonasında son eskalasiya ilə əlaqədar Ermənistan və Azərbaycan liderləri ilə sıx təmasdadır.
"Unikal" Euronews-a istinadən xəbər verir ki, bu barədə Aİ rəsmisi məlumat verib.
Mişel artıq Ermənistanın baş naziri Nikol Paşinyanla danışıb və yaxın vaxtlarda Azərbaycan prezidenti İlham Əliyevlə danışacaq.
“Onun komandası və Aİ-nin xüsusi nümayəndəsi Toivo Klaar dialoq yolu ilə dərhal gərginliyin azaldılması və gündəmdə olan bütün məsələlər üzrə irəliləyiş əldə etmək üçün son günlər hər iki tərəflə sıx təmasda olub”, - deyə rəsmi mənbə əlavə edib.