Yaponiyanın Baş naziri Fumio Kişida ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi ilə görüşdə Tayvan boğazında sülhün və sabitliyin qorunması üçün birgə işləmək barədə razılığa gəlib.

"Unikal" Yaponiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Baş nazir görüşdən sonra jurnalistlərə bildirib. 

"Biz həmçinin Tayvan boğazında sülh və sabitliyin qorunması üçün davamlı sıx əməkdaşlığı təsdiqlədik", - Kişida qeyd edib.

Baş nazir bildirib ki, Tokio Çinin təlimlərini və raket buraxılışlarını pisləyir: "Mən spiker Pelosiyə məlumat verdim ki, Çin ballistik raketlərinin Yaponiya sularına, o cümlədən eksklüziv iqtisadi zonaya düşməsi bizim milli təhlükəsizliyimizi təhdid edir və Yaponiya bu cür hərəkətləri qəti şəkildə pisləyir", - Kişida bildirib.

Baş nazir həmçinin Çinin davranışlarının regionda və ondan kənarda sülh və sabitliyə ciddi təsir etdiyini deyib. 

Ağarza Elçinoğlu