“Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə Londonda fəaliyyət göstərən radikalların hücumu qəbuledilməz və barbarcasınadır".
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov "Twitter"də paylaşım edib.
"Bu, diplomatik binanın toxunulmazlığı prinsipini birbaşa pozdu. Mən hazırda Bakıdayam və şadam ki, bizim həmkarlarımız təhdidə rəğmən təhlükəsizlikdədirlər”, - deyə səfir qeyd edib.