Çinin hakimiyyət orqanları Tayvan boğazında artan gərginlik fonunda Rusiya ilə strateji əməkdaşlığı gücləndirməyə hazırdır.

"Unikal" xəbər  verir ki, bunu Çinin xarici işlər naziri Van Yi Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündə bildirib. 

"Rusiya hər zaman “Vahid Çin” prinsipinə sadiq qalıb, ölkəmizin suverenliyinə hər cür müdaxiləyə qarşı çıxıb", - Vanq Yi bildirib.

Onun sözlərinə görə, Pekin Rusiya Federasiyası ilə strateji əməkdaşlığı gücləndirməyə hazırdır.

O qeyd edib ki, Moskvanın Tayvana münasibətdə mövqeyi Rusiya-Çin hərtərəfli strateji tərəfdaşlığının yüksək səviyyəsindən, eləcə də beynəlxalq aləmdə göstərilən qarşılıqlı dəstəyə dəlalət edir.