Yasamal rayonu, Yeni Yasamal 2 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan məlumat şikayətçilərin iştirakı ilə araşdırılıb.
Xidmət rəsmisi Vaqif Cavadov "Unikal"a bildirib ki, araşdırma zamanı sözügedən ərazidə 9 ağacın kəsildiyi müəyyən edilib, faktla bağlı akt tərtib olunub.
“Hazırda torpaq mülkiyyətçisini və ağacların kim tərəfindən kəsildiyini müəyyən etmək üçün toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır”, - o qeyd edib.