Şuşada keçirilən VIII “Muğam” Televiziya Müsabiqəsinin qalibləri müəyyənləşib.
"Unikal" xəbər verir ki, müsabiqəsinin final konsert proqramında mədəniyyət naziri Anar Kərimov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, eyni zamanda, mədəniyyət və incəsənət xadimləri, görkəmli xanəndə və musiqiçilər iştirak edib.
Konsert proqramı Vətən müharibəsi şəhidlərinin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Xalq artisti Mənsum İbrahimovun ifası ilə final konsert proqramı açıq elan edilib.
Daha sonra müsabiqənin finalçıları çıxış edib. Çıxışlar bitdikdən sonra qaliblər müəyyənləşib:
Azyaşlı qrup üzrə üçüncü yerin qalibi Sabir Ağayev, ikinci yerin qalibi Fatimə Kərimova, birinci yerin qalibi isə Həzrət Əzizli olub.
Gənc xanəndələr arasında isə Daşqın Kürçaylı və Vüqar Əbilov üçüncü yer, Ülkər Abdullayeva və Aynur Həsənxanova ikinci yerin qalibi seçiliblər.
Birinci yerin qalibi isə Fuad Əzizzadə olub.
Məftun Səfərli və Pedram Rəncbər isə həvəsləndirici mükafatla təltif edilib.