Bərdə rayonunun Nəcəfqulubəyli kəndində 14 yaşlı qızın hamiləliyinin ləğv edildiyinə dair məlumat yayılıb.
“Unikal” xəbər verir ki, hamilləlik oğlan tərəfinin israrı ilə qeyri-ənənəvi üsulla qızın bətnində məhv edilib.
Abort zamanı qızın 3 aylıq hamilə olduğu bildirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı “Qafqazinfo”ya bildirib ki, faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb:
“Müvafiq ekspertiza təyin olunub. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.