Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Londandakı həmkarlarına dəstəyini nümayış etdirib.
"Unikal" xəbər verir ki, o,özünün “Telegram” kanalında “Mən Londondakı azərbaycanlı həmkarlarıma dəstəyimi bildirmək istəyirəm”-deyə qeyd edib.
“Gündüz vaxtı səfirliyə edilən hücum məni şoka saldı. Vandal kütləsi diplomatik nümayəndəliyin ərazisinə soxularaq dövlət rəmzlərini murdarlayıb, binaya ziyan vurublar. Allaha şükür ki, heç kim zərər görmədi”,-deyə Zaxarova qeyd edib.
O, vurğulayıb ki, diplomatik nümayəndəliklərin ərazisinin toxunulmazlığı beynəlxalq münasibətlərin təməl daşıdır. Zaxarovanın sözlərinə görə, belə hadisələr qeyri-adi haldır.
“Səfirliyin və diplomatların təhlükəsizliyini təmin etməli olan Britaniya hakimiyyət orqanlarına və polisə sual verirəm: Siz harada olmusunuz?”, - Zaxarova qeyd edib.