Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng edib.
"Unikal" xəbər verir ki, M.Çavuşoğlu avqustun 4-də Azərbaycanın Londondakı səfirliyinə hücumla bağlı keçmiş olsun diləklərini çatdıraraq Azərbaycana hər cür dəstəyi verməyə hazır olduqlarını vurğulayıb.
Xatırladaq ki, 4 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb. London polisi hadisə ilə əlaqədar 8 nəfəri saxlayıb.