Ağrı və Savalan dağları tək çiyin-çiyinə dura bilərikmi?
11:13 01-03-2013
CƏMİYYƏT
Ayhan Dəmirçi: “Fransa hadisələrindən nəticə çıxartmalı və birgə hərəkət etməliyik”
Tarix Azərbaycanla Türkiyəni getdikcə daha da yaxınlaşdırmağa başlayıb. Bunu zərurətə çevirən isə bölgənin bir sıra önəmli geopolitik gerçəklikləridir.
Bu gerçəkliyin yuxarı başında Rusiya-Ermənistan tandemi durur...
Beləliklə, Rusiya-Ermənistan bağlantısı Türkiyədən və Azərbaycandan nə istəyir?
1.Ərazi. Bu iddia sözügedən tandemin israrlı addımları sayəsində Azərbaycana nisbətdə həyata keçirilib – Rusiya-Ermənistan çetesi, faktiki olaraq, torpaqlarımızın 20 faizini işğal edib və indi də bu işğala hüquqi don geyindirməyə cəhd edir.
Türkiyəyə gəlıncə isə, Ermənistan Rusiyanın və Qərbin bəzi dairələrinin qahmarlığı ilə iddia edir ki, onun “tarixi” ərazilərinin böyük hissəsi Türkiyə tərəfindən mənimsənilib. Əslində, uydurma “erməni soyqırımı” kampaniyasının son hədəfi də budur – Ermənistanın nəfinə Türkiyədən ərazi qoparmaq.
2.Kommunikasiya asılılığına salmaq. Məlum olduğu kimi, həm Azərbaycan, həm də türkiyə Avropa Birliyinin enerji təhlükəsizliyi probleminin həll edilməsində açar rolu oynayan dövlətlər qismində çıxış etməyə başlayıb. Bu “ifa” isə Rusiyanı qətiyyən rahat buraxmır.
(Unutmayaq ki, I və II Dünya Savaşlarında Rusiyanın əsas yanacaq mənbəyi Bakının neft quyuları olub. Yəni bu gün Rusiya güclü bir dövlət kimi mövcudluğuna görə həm də Azərbaycanın karbohidrogen ehtiyatlarına borcludur.)
Rusiya lazım gələndə Qərb dövlətlərinə təzyiq göstərmək üçün bu ərazini özündən asılı vəziyyətə salmaq istəyir. Hazırda bu cəhətdən Rusiyanın əlində olan yeganə rıçaq neft və qazdır. Və rusların bu məkrli planının qarşısında duran yeganə qüvvə yenə də Azərbaycanla Türkiyədir.
Azərbaycanla Türkiyəyə qarşı neqativ yanaşmada ikinci yeri İran tutur.
İran bizlərə qarşı qəddarlıqda Rusiyadan heç də geridə qalmır.
Bəs İranın iddialrı nədir?
1. Yenə də ərazi... Belə ki İran rəsmilərinin bu və ya digər formada dəfələrlə ifadə etdikləri kimi, onlar Azərbaycan Respublikasının ərazisini İranın Sasanilər sülaləsindən qalma dədə-baba torpaqları hesab edirlər. Əslində, İran yaxşı bilir ki, bu iddialar sərsəmləmədən başqa bir şey deyil. Onlar, sadəcə, gec-tez gündəmə gələcək Güney Azərbaycan məsələsinə qarşı başqa bir kontur qoya bilmirlər. Yəni oğru elə bağırır ki, doğrunun bağrı yarılır.
1.Tarixi türk xofu. İranın tarixini və tarixi coğrafiyasını diqqətlə izləyəndə məlum olur ki, bu ölkə həmişə türk xalqları ilə əhatə olunub və farsların canında daim bir türk vahiməsi yaşayır. Bu vahimə o qdər dərindir ki, hətta Əbülqasim Firdovsinin “Şahnamə”sində də iz buraxıb.
Və indi də ara-sıra İran mətbuatında türklərin ünvanına səslənən nalayiq təhqirlər də məhz bu xofdan irəli gəlir. Çünki güclü insan və ya cəmiyyət başqasına həqarət etməz. Həqarətli davranış ancaq zəiflərin işidir...
Türkiyəyə gəlincə isə... Yenə də eyni amil göz qabağındadır. İran Türkiyədən də xoflanır. Və elə bu xof səbəbindəndir ki, o heç vaxt Türkiyə ilə normal münasibətdə ola bilməyib...
Bu qısa icmaldan da göründüyü kimi, Azərbaycanla Türkiyəni təhdid etməyə çalışanlar eyni “oyunçu”lardır. Belə bir durumda yalnız yeganə bir yol qalır...
Ağrı və Savalan dağları tək çiyin-çiyinə durmaq...
Və yaxud Anadolu türkləri demişkən, “Omuz omuza durmaq”...
Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi Fransada diaspor fəallarımızın döyülməsi ilə bağlı fikirlərini şərh edərkən deyib ki, Fransada baş verən hadisələr onu göstərir ki, biz birlik içində hərəkət etməliyik.
“Nə zamana kimi, birgə və birlik içində hərəkət etməyəcəyik, bu kimi hallarla üzləşəcəyik. Bu gün ermənilər Ramil Səfərov məsələsindən sonra daha da qəzəbli olublar. Bu kimi halları Ramil Səfərov məsələsinə adektav cavab kimi dəyərləndirmək olar. Təmkinli və ağıllı şəkildə erməni diasporuna cavab verilməlidir. Dünya ermənilərin iç üzünü görməlidir”.
A.Dəmirçi əvvəlcədən təyin olunan məlum tədbirə gedən mübariz insanlarımızın yanında olmağın lazımlığına diqqət çəkdi:
“Onları tək qoymaq olmazdı. Hadisələr göstərir ki, Fransada ermənilər və ermənipərəstlər hansı xislətə malikdirlər”.
Digər Xəbərlər
2025-02-24 10:01:09

2025-02-24 09:36:17

2025-02-24 09:20:43

2025-02-24 09:13:59

2025-02-24 09:11:00

2025-02-24 09:02:19

2025-02-23 23:18:42

2025-02-23 22:10:22

2025-02-23 20:02:18

2025-02-23 19:34:38

2025-02-23 19:22:50
2025-02-23 18:27:34

2025-02-23 17:08:42

2025-02-23 16:50:09

2025-02-23 16:41:33

2025-02-23 16:25:47

2025-02-23 16:13:37

2025-02-23 15:53:41

2025-02-23 15:22:37
